Türkiyənin Təhsil Naziri Mahmut Özer, Adanada 1 Martda başlayacağı açıqlanan təhsilin məlumatların yenilənməsi ilə 13 Marta təxirə salındığını açıqlaylb.
Aktualtv.az xəbər verir ki, Milli Təhsil Naziri Mahmud Özer Adanada açıqlamalar verib.
“10 vilayətdə təhsil dayandırılsa da, uşaqlarımıza çadır, konteyner və prefabrik məktəblərdə verdiyimiz dəstəkdə heç bir fasilə olmayıb. Bizim prioritetimiz Bu 10 ilde tez-tez ifadə etdiyimiz kimi kurrikulum əsaslı təhsil deyil.Uşaqlarımızı düşünürük, uşaqlarımızın psixososial və emosional dayanıqlığını dəstəkləmək üçün bütün yoldaşlarımızla birlikdə sahədəyik”.
Zəlzələ bölgəsindəki məlumatların dəyişməsi ilə təhsil tarixinin dəyişdiyini ifadə edən nazir Özer bunları deyib:
“Bu 10 vilayətdə çox dinamik bir proses yaşayırıq. Məlumatlar günü-gündən dəyişir. Biz də bu dəyişən məlumatlara görə aldığımız qərarları yeniləyirik. Bu çərçivədə mart ayından etibarən Adanada təhsilə başlayacağımızı açıqlamışdıq. Yeni məlumatlara görə bu başlanğıc tarixini 13 mart tarixinə təxirə saldıq. Yəni martın 13-də yeni məlumatlara görə məlumatları yenidən yeniləyəcəyik və inşallah vəziyyəti yenidən ictimaiyyətlə paylaşacağıq”.
Səbinə Kərimova / aktualtv.az










