2022-ci ilin sentyabrından Ukrayna Rusiyanın Ukrayna ərazisinə hücum etmək üçün istifadə etdiyi 650-dən çox qanadlı raketi və 610-dan çox kamikadze dronunu məhv ediblər.
Aktualtv.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk deyib.
“Biz səmərəli işləyən NASAMS, IRIS-T, Crotale zenit-raket kompleksləri, Gepard zenit özüyeriyən silahları və digər sistemləri almışıq. Təkcə 2022-ci ilin sentyabr ayından bəri 650-dən çox qanadlı raket və hücum təyyarəsi məhv edilib”.
Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri Patriot və SAMP/T-MAMBA zenit-raket komplekslərinin təhvil almağı gözləyir. Tezliklə onlar Ukrayna səmasının müdafiəsinə qalxacaqlar.
Qərargah Rəisləri Komitəsinin məlumatına görə, il ərzində Rusiya Ukrayna ərazisinə 5000-dən çox raket atıb və 3500-ə yaxın hava hücumu həyata keçirib.
Fevralın 25-nə olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri 873 qanadlı raket və 2035 PUA-nı məhv edib.
Büllur Məmmədova / aktualtv.az










