Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb – FOTO

Fevralın 27-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb.

Görüş zamanı Əhməd İsmayılov gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyindən və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. O, gənclər təşkilatlarının media subyektləri və nümayəndələri ilə effektiv əlaqələrinin qurulması, ictimaiyyəti məlumatlandırma mexanizmlərinin təkmilləşdirilməsindən bəhs edib.

“Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində keçirilən görüşdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasının önəm daşıdığı vurğulanıb.

Görüşdə layihənin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, layihənin gedişatı, keçiriləcək təlimlər müzakirə olunub. Qeyd edək ki, layihə çərçivəsində gənclər təşkilatlarında fəaliyyət göstərən PR menecerlər üçün təlim-görüşlərin təşkil olunması nəzərdə tutulur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]