Əfqanıstanın Tehrandakı səfirliyi Talibana təhvil verilib – Özəl

Əfqanıstanın Tehrandakı səfirliyi Taliban administrasiyasına təhvil verilib.

Aktualtv.az xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi şəxsi Twitter hesabında mövzu ilə bağlı açıqlama verib.

Belhi Əfqanıstanın Tehran səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini və səfirliyin fəaliyyətinin bu tapşırıqlarla davam edəcəyini bildirib.

Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi boşaltdılar.

Qeyd edək ki, ötən il Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri Talibana təhvil verilib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]