2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər ABŞ Ukraynaya yardım üçün ümumilikdə 77,5 milyard dollar xərcləyib.
Aktualtv.az xəbər verir ki, bunu Amerikanın “The Hill” nəşri hesablayıb. Nəşr göstərir ki, 29,3 milyard dollar 2022-ci il fevralın 24-dən verilən hərbi yardımın, 45 milyard dollar isə “Ukraynanın ümumi təhlükəsizliyini təmin etmək, iqtisadiyyatını, enerji təhlükəsizliyini bərpa etmək və humanitar böhrandan çıxmaq üçün” vəsaitlərin payına düşüb. Məqalədə xüsusən qeyd olunub ki, həm Ukrayna daxilində, həm də bütün regionda qaçqınlara və digər həssas qruplara humanitar yardımın bir hissəsi kimi Vaşinqton 1,9 milyard dollar ayırıb.
“The Hill” hərbi yardımın nəyə və nə qədər həcmdə xərcləndiyini də hesablayıb. Nəşr silah və texnikanın ümumi həcmini hesablayıb, yəni söhbət artıq çatdırılmış və Ukraynaya təhvil verilməsinə yeni qərar verilmişdən gedir.
Bildirilib ki, Vaşinqton ümumilikdə Kiyevə 8,5 mindən çox “Javelin” tankəleyhinə sistemlər, 1,6 mindən çox “Stinger” zenit sistemi, 13 min qumbaraatan və atıcı silahlar, o cümlədən ona 111 milyon patronu, 20 ədəd “MI-17” helikopteri tədarük etməyə razılaşıb.
Büllur Məmmədova / aktualtv.az










