Almaniya Rusiyanı ABŞ ilə imzaladığı Yeni Strateji Silahların Azaldılması Müqaviləsinə (Yeni START) qayıtmağa çağırıb.
Aktualtv.az xəbər verir ki, Cenevrədə BMT-nin silahlanmaya qarşı keçiriən konfransında çıxış edən Almaniyanın Xarici İşlər naziri Annalena Baerbok bildirib ki, Yeni START ABŞ və Rusiya arasında qalan nüvə silahlarına nəzarət üzrə sonuncu sazişdir.
Rusiyanı bu mövzuda ABŞ ilə dialoqu davam etdirməyə dəvət edən Baerbok, Yeni START-ın ikitərəfli razılaşma olduğunu da xatırladıb:
“Ancaq bu müqavilə həm də planetdəki hər bir dövlət üçün qlobal sabitlik və təhlükəsizliyin təminatçısıdır. “Biz Rusiyanı geri dönməyə və saziş üzrə ABŞ ilə dialoqu yenidən başlamağa çağırırıq. Mən səmimi qəlbdən inanıram ki, bu, bütün dünyada bizim hamımız üçün faydalı olacaq”.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin ölkəsinin qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan ABŞ ilə Yeni START sazişində iştirakını dayandırdığını açıqlayıb.
Səbinə Kərimova / aktualtv.az










