Rişi Sunak Şimali İrlandiya üçün Brexit sazişini yekunlaşdırmaq üçün Avropa Komissiyasının sədri ilə üzbəüz danışıqlar aparacaq.
Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb. Böyük Britaniyanın baş naziri və Ursula fon der Lyayen protokolu müzakirə etmək üçün bir araya gələcəklər. Şimali İrlandiya Protokolu Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesinin bir hissəsi olaraq keçmiş baş nazir Boris Consonun dövründə razılaşdırılıb.
Bu sənəd Şimali İrlandiyanın bəzi Avropa İttifaqı qanunlarına əməl etməsinə şərait yaradır. Beləcə, mallar sərhəddən sərbəst şəkildə İrlandiyaya keçir. Əvəzində İngiltərə, Şotlandiya və Uelsdən gələn mallar Şimali İrlandiya limanlarına çatdıqda yoxlanılır. Tənqidçilər, o cümlədən Şimali İrlandiyanın Demokratik Birlik Partiyası hesab edir ki, bu, ölkənin Böyük Britaniyanın qalan hissəsindəki mövqeyini zəiflədir və ticarətə təsir göstərir.
Büllur Məmmədova / aktualtv.az










