Çin ABŞ donanmasının hərbi kəşfiyyat təyyarəsinin Tayvan boğazından keçməsini sərt tənqid və bu fəaliyyəti “regional sülh və sabitliyi təhdid etdiyini” açıqlayıb.
Aktualtv.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada boğaz üzərində “P-8A Poseidon” tipli sualtı patrul təyyarəsinin uçuş etdiyi, hərbi birləşmələrin təyyarəni aşkar edərək izlədiyi bildirilib. Bəyanatda uçuşun “regional vəziyyətə zərər verdiyi” və “Tayvan boğazında sülh və sabitliyi təhlükə altına atdığı” bildirilib. Çin ordusunun hazırlıq vəziyyətində olduğu vurğulanaraq, “milli suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcəyi” qeyd edilib.
Qeyd edək ki, Tayvan adası və Tayvan boğazını öz suverenliyi kimi görən Çin ABŞ-nin bölgədəki hərbi mövcudluğuna qarşıdır. ABŞ donanmasının bölgədəki naviqasiya və kəşfiyyat fəaliyyətləri iki ölkə arasında gərginliyə səbəb olur.
Səbinə Kərimova / aktualtv.az










