İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil” – Çavuşoğludan kritik AÇIQLAMA – Özəl

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, “NATO-ya üzvlüklə bağlı öhdəliklər var. Bu addımları görmədən İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil”-deyə açıqlama verib.

Aktualtv.az xəbər verir ki, Mövlud Çavuşoğlu Macarıstanın Xarici İşlər Naziri Peter Siyarto ilə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında danışıb. NATO üçün iki təhlükədən birinin terror olduğunu vurğulayan Çavuşoğlu bunun Madrid sənədlərində və NATO-nun bütün sənədlərində yer aldığını bildirib.

Çavuşoğlu, İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətləri ilə bağlı suala belə cavab verib:

“Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyi aydın və şəffafdır. Biz həmişə deyirik ki, NATO üçün hər iki təhdiddən biri terrordur. Biz deyirik ki, terrorla bağlı narahatlığımızı iki namizəd ölkə qarşılamalıdır. Bu səbəbdən Madriddə digər müttəfiqlərimizin də töhfələri ilə üçtərəfli anlaşma memorandumu imzaladıq. O vaxtdan bəri üçlü memorandumun həyata keçirilməsi ilə bağlı İsveç tərəfindən qənaətbəxş addımlar atılmayıb. Digər tərəfdən, Konstitusiyada və bəzi qanunlarda, xüsusən də terrorla mübarizə qanunlarında dəyişikliklər də etdilər. Bu düzəlişin məqsədi, memorandumda açıq şəkildə ifadə edildiyi kimi, terrorizmin maliyyələşdirilməsi, terror təşkilatına adamların cəlb edilməsi, terror təbliğatı kimi qanunsuz əməlləri dayandırmaq olsa da, bu gün bütün bu fəaliyyətlər İsveçdə davam edir. Biz bunu təkcə Quranın qəbuledilməz təhqiri və yandırılması ilə əlaqələndirmirik. Bu, nifrət cinayətidir, insanlığa qarşı cinayətdir. Biz bütün beynəlxalq ictimaiyyət olaraq bununla mübarizə aparmalıyıq. NATO-ya üzvlüklə bağlı öhdəliklər var. Bu addımları görmədən İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil. Bu memorandumda daimi mexanizmin yaradılması da qərara alınıb. Bunun məqsədi 3 ölkəni toplamaq və üçlü memorandumun elementlərinin həyata keçirilib-keçirilmədiyini yoxlamaqdır.”

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]