“Bizə müasir döyüş təyyarələri lazımdır” –Zelenski – Özəl

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hücumlarını dayandırmaq üçün müasir döyüş təyyarələrinə ehtiyac olduğunu vurğulayıb.

Aktualtv.az xəbər verir ki, Zelenski ictimaiyyətə ünvanladığı videomüraciətində Rusiya ordusunun hücumlarının davam etdiyini, Rusiya qüvvələrinin fevralın 27-də səhər saatlarında Ukraynanın müxtəlif nöqtələrində pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiyini qeyd edib.

14 İHA-dan 11-nin məhv edildiyini və Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın hava, raket və İHA hücumlarına qarşı ən təsirli şəkildə mübarizə apardığını bildirən Zelenski, müasir döyüş təyyarələrinin Ukrayna hava məkanına tam nəzarət etmək üçün vacib olduğunu vurğulayıb.

Xüsusilə Donetskdə şiddətli qarşıdurmaların davam etdiyini bildirən Zelenski, Baxmut və digər şəhərləri müdafiə etməyə davam edən Ukrayna əsgərlərinə minnətdar olduğunu bildirib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]