İran irimiqyaslı təlimlərə başlayıb – Özəl

İranın Hava Hücumundan Müdafiə Qüvvələri “Ya Əli ibn-Abu Talib” şərti adı altında “Dövlət səmasının müdafiəsi 1401” ixtisaslaşmış təlimlərə başlayıb.

Aktualtv.az xəbər verir ki, “Alalam”ın yaydığı məlumata görə, təlim İranın şimal-qərb, qərb, şərq, cənub, şimal və mərkəzi rayonlarını əhatə edir. Təlimə İran Silahlı Qüvvələri Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Qüvvələri, İnqilab Keşikçiləri Qvardiyasının Hərbi Hava Qüvvələri, Xatəmül-Ənbiya Birləşmiş Qüvvələrinin komandanlığı altında Hava Hücumundan Müdafiə Qüvvələrinin tağımları və texnikası cəlb olunub.

Təlim zaman nüvə obyektləri, elektrik stansiyaları, hərbi və iqtisadi obyektlərin qorunması tapşırıqları icra olunacaq. Hərbi manevrdə 100-dən artıq döyüş təyyarəsi, pilotsuz uçan aparatları da iştirak edir.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]