“BMT-nin İnsan Hüquqları üzrə Şurasının 52-ci sessiyasında İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın çıxışı zamanı ABŞ-nin səfiri və başqa nümayəndələri iclas zalını bilərəkdən tərk ediblər”.
Aktualtv.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iranlı nazir çıxış edərkən ABŞ nümayəndə heyətindən zalda onun səsini yazmaq üçün bir nəfər qalıb.
Ned Prays İranda insan hüquqları pozulduğu halda nazirin çıxış etməsini acınacaqlı hal adlandırıb. “İran rejiminin ikiüzlülüyü, insan hüquqlarına hörmət etməsi barədə bəyanatları riyakarlıqdır”- deyə rəsmi İran hakimiyyətinin BMT nizamnaməsini pozmaqda ittiham edib. Qeyd edək ki, fevralın 27-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası başlayıb. H.Əmirabdullahian çıxışında bildirib ki, insan hüquqları İran İslam Respublikasının dəyərlərinin əsasını təşkil edir.
Etibar Məmmədov / aktualtv.az










