Yaponiya Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etdi

Yaponiya hakimiyyəti Rusiya Federasiyası müdafiə nazirinin müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Viktor Qoremykinə qarşı sanksiyalar elan edib. 

Bu barədə Yaponiya xarici işlər nazirliyi məlumat yayıb.  

Sanksiyalar “Kalaşnikov” konserninin prezidenti Alan Luşnikov və Rusiya prezident administrasiyasının bir sıra yüksək rütbəli məmurlarına da şamil edilib.

Onların arasında Rusiya prezidentinin Dövlət Şurasının fəaliyyətinin təmin edilməsi şöbəsinin müdiri Aleksandr Xariçev və Boris Rapoport da var.

Bundan əlavə, Tokio Rusiyanın işğal etdiyi Xerson vilayətinin, LXR və DXR administrasiyalarından doqquz nəfərin aktivlərini dondurub. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]