Bəxtiyarla yazışmaları yayılan qadınlardan polisə şikayət daxil olub – Rəsmi

Daxili İşlər Nazirliyi həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yazışmalarının ictimailəşməsi ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, B.Hacıyev Bakı şəhər Baş Polis İdarəsinə vəkili ilə birgə dəvət edilib, onun üzərində hər hansı elektron daşıyıcı cihaz – mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində axtarış aparılmayıb:

“Qeyd olunan məsələlər istintaqın araşdırma predmeti təşkil etməyib. O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb.

Təkrar olaraq qeyd edim ki, onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik.

B.Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar – görüntülər və yazışmaların haradan, necə qaynaqlandığı, B.Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub.

Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]