Bu ölkə Rusiya ilə sərhəddə divar tikməyə başlayıb – Özəl

Rusiya Ukraynanı işğal edəndən bəri Finlandiya şərq sərhədini möhkəmləndirməyə çalışır.

Aktualtv.az xəbər verir ki, Finlandiya sərhəd təhlükəsizliyini artırmaq üçün Rusiya sərhədində 200 km uzunluğunda divar inşa etməyə başlayıb. Divarın müəyyən yerlərində gecə görmə kameraları, işıqlar və dinamiklər yerləşdiriləcək. Sərhədçilər divarın 3 metr hündürlüyündə olacağını və üzərində tikanlı məftillərin olacağını açıqlayıb.

Finlandiya 1340 km uzunluğunda Avropa İttifaqının Rusiya ilə ən uzun sərhədini bölüşür. Hazırda sərhəddə yüngül taxta hasarlar var. Ukraynada döyüşmək üçün ordudan qaçan rusların sayının artması ilə əlaqədar Finlandiya divar tikmək qərarına gəlib. Finlandiya Parlamenti çərşənbə axşamı ölkənin NATO alyansına üzvlük iddiasını sürətləndirəcək qanun layihəsinin müzakirəsinə başlayıb və çərşənbə günü səsvermənin keçirilməsi gözlənilir. Yeni yolun və divarın tikintisinə mart ayında başlanması planlaşdırılır.

Qeyd edək ki, sentyabr ayında prezident Vladimir Putinin Ukraynada döyüşmək üçün ehtiyatda olan hərbçilərin səfərbər edilməsi əmrindən sonra çoxlu sayda rusiyalı Finlandiyaya qaçmağa başladı. Ötən il fevralın 24-də Rusiyanın işğalından sonra Finlandiya və İsveç illərlə bitərəfliyə son qoyaraq NATO-ya üzv olmaq qərarına gəliblər.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]