Bu ölkənin yeni prezidenti seçildi – Özəl

Nigeriyada hakim partiya olan Bütün Tərəqqilər Konqresinin namizədi Bola Əhməd Tinubu prezident seçilib.

Aktualtv.az xəbər verir ki, Müstəqil Milli Seçki Komissiyasının sədri Mahmud Yakubu, Tinubunun 8 milyon 794 min 726 səs aldığını açıqlayıb. Yakubu, Tinubunun ən böyük rəqibi olan ana müxalifət Xalqların Demokratik Partiyasının (PDP) namizədi Atiku Abubakarın 6 milyon 101 min 533 səs topladığını, İşçi Partiyasının (LP) namizədi Peter Obinin isə 6 milyon 984 min 520 səsdə qaldığını qeyd edib.

Qeyd edək ki, federal sistemlə idarə olunan Nigeriyada prezident seçkilərində qalib gəlmək üçün hər bir namizəd paytaxt Abuca bölgəsində və 36 ştatdan 24-də 25 faiz səs toplamalıdır. Tinubu 12 ştatda seçkilərdə qalib gəlib, 18 ştatda isə 25 faiz səs toplayıb. Ana müxalifət PDP də 12 ştatda birinci, LP isə 11 ştatda və federal paytaxt regionunda birinci olub. Təxminən 206 milyon əhalisi olan Nigeriyada prezidentlik uğrunda 18 namizəd mübarizə aparıb. 26 fevral bazar günü saat 16:00-da başlayan səslərin hesablanması bu gün başa çatıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]