Müharibə “çirkli” enerji mənbələrinə tələbatı artırıb – Özəl

Ukraynada davam edən hərbi əməliyyatlar nəticəsində Avropada yaranan enerji böhranını aradan qaldırmaq məqsədi ilə “çirkli” enerji mənbələrindən istifadə artıb.

Aktualtv.az xəbər verir ki, Avropada 26 elektrik stansiyası kömürlə işləməyə başlayıb. Böyük Britaniyada isə son 30 ildə ilk dəfə kömür şaxtalarının istismara verilməsi barədə qərar qəbul olunub. Ukrayna böhranından əvvəl Avropa İttifaqı ölkələrində 300 kömür şaxtası bağlanmış, kömürdən istifadə 13 faizə enmişdi. Lakin enerji böhranı şaxtaların yenidən işə salınmasına səbəb oldu.

Hazırda kömürdən istifadə 16 faizə qədər yüksəlib. Almaniyada 2008-ci ildə ekologiyaya vurduğu ziyanı nəzərə alaraq bağlanan atom elektrik stansiyalarının 14 bloku işə salınıb. Fransa, Avstriya, İspaniya və Finlandiya da kömürdən istifadə edərək elektrik enerjisi hasilatına başlayıblar. İtaliya isə atom elektrik stansiyasını bağlamaq haqqında qərarı təxirə salıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]