Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakını dayandıran qanunu imzalayıb.
Aktualtv.az xəbər verir ki, sənəd fevralın 28-də hüquqi məlumatların rəsmi internet portalında dərc olunub. “Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında 2010-cu il aprelin 8-də Praqada imzalanmış Müqavilə dayandırılsın”, – Rusiya Federasiyası Prezidentinin imzaladığı qanunun mətnində belə deyilir.
Qeyd edək ki, fevralın 21-də Rusiya lideri Vladimir Putin Federal Məclisə mesajı açıqlayarkən Rusiyanın START-da iştirakını dayandırdığını elan etmişdi. Putin vurğulayıb ki, START müzakirəsinə qayıdarkən Fransa və Böyük Britaniyanın nüvə arsenalının necə nəzərə alınacağını anlamaq lazımdır.
Büllur Məmmədova / aktualtv.az










