Ronaldunun pəhrizini təkrar edən futbolçu ölümlə üz-üzə qalıb

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun pəhrizini təkrar edən “Palmeyras”ın gənc futbolçusu Qabriel Menino bunun ağır fəsadlarını yaşayıb.

22 yaşlı futbolçu bildirib ki, o, bir qədər çəki və əzələ itirmək məqsədi ilə Ronaldunun pəhrizinə başlayıb.

Q.Menino pəhrizə başlamamışdan əvvəl klubun diyetoloqunu da bu barədə məlumatlandırıb.

Gənc futbolçu qida rasionunda əsasən balıq yeməkləri, salat və qida əlavələrindən istifadə etdiyini bildirib.

Lakin futbolçu bir neçə gündən sonra bu pəhrizin onun səhhətinə zərər vurduğunu müşahidə edib.

“Oyuna ilk 11-likdə başlayacaqdım. Çox həvəsli idim. Matçdan əvvəl isinmə hərəkətlərinə başladım. 5 dəqiqədən sonra sadəcə olaraq qaça bilməyəcəyimi anladım. Sanki ölümlə üz-üzə qaldım, yerə yıxıldım. Dərhal pəhrizi saxladım və klubun diyetoloquna bu barədə məlumat verdim”, – deyə Qabriel Menino bildirib.

Mənbə: Mundodeportivo

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]