“Uçuş böhranı” – Yüzlərlə sərnişin hava limanında qaldı – Özəl

Kolumbiyanın “Viva Air” aviaşirkəti qəfildən bütün milli və beynəlxalq reyslərini ləğv etdiyi üçün yüzlərlə sərnişin hava limanlarında qalıb.

Aktualtv.az xəbər verir ki, saatlarla hava limanlarında gözləyən sərnişinlər şirkətdən və rəsmi qurumlardan qaneedici cavab ala bilməyincə etiraz ediblər. Argentinanın Buenos-Ayres, Braziliyanın San-Paulu, Kolumbiyanın Barranquilla, Kartagena, Kali, Medellin və Boqotada biletləri ləğv edilən sərnişinlər ətrafa hücum ediblər.

Çoxlu təhlükəsizlik qüvvələrinin göndərildiyi hava limanlarında gərginliyin davam etdiyi paylaşılıb. Viva Air şirkəti tərəfindən edilən açıqlamada, yaşadıqları iqtisadi böhran səbəbiylə milli və beynəlxalq səviyyədə fərqli nöqtələrdə fəaliyyətlərini dayandırdıqları deyilib.

Digər tərəfdən Kolumbiya Prezidenti Qustavo Petro, zərərçəkmişlərlə bağlı sosial media hesabında Viva Air tərəfindən biletləri ləğv edilən sərnişinlərin dövlət hava yolu şirkəti Satena ilə uçmalarını təklif edib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]