Çin: “ABŞ Tayvana silah satışını dayandırmasa təsirli tədbirlər görəciyik” – Özəl

Çin hökuməti ABŞ-nin Tayvana silah satışını dayandırmağa çağırır.

Aktualtv.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bu gün keçirilən brifinq zamanı deyib. Diplomat qeyd edib ki, ABŞ Dövlət Departamenti tərəfindən Tayvana ümumi dəyəri 600 milyon dollardan çox olan növbəti hərbi yardım göndərilməsi qərarının təsdiqlənməsi Çinin suverenliyini pozur, ölkənin təhlükəsizlik maraqlarına zərər verir və Tayvan körfəzində vəziyyəti gərginləşdirir.

“Çin bu məsələ ilə bağlı kəskin narazılığını, etirazını bildirir, həmçinin öz suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün təsirli tədbirlər görəcək”, – Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]