İran hakimiyyəti Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlayıb.
Aktualtv.az xəbər verir ki, bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində bildirilib. Məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Vurğulanıb ki, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.
Xatırladaq ki, Azərbaycanda İran səfirliyinin Mədəniyyət Mərkəzi, habelə İranşünaslıq adı altında bir sıra mərkəzlər fəaliyyət göstərir. Onu da qeyd edək ki, hələ ötən ildən Təbriz Dövlət Universitetində ermənişünaslıq kafedrası açılacağı ilə bağlı xəbərlər yayılıb. Bu barədə İrəvan Dövlət Universitetinin rektoru Ovanes Ovanisyan təbrizli həmkarı Səfər Nəsrolla Zadə ilə görüşündən sonra məlumat yayılmışdı. Bildirilmişdi ki, öz növbəsində İrəvan Dövlət Universiteti İranşünaslıq kafedrasının nəzdində Atropatenanın öyrənilməsi üçün mərkəz yaratmağa hazır olduğunu bildirib.
Etibar Məmmədov / aktualtv.az










