İran silahlarının qaçaqmalçılığı ilə məşğul olan gəmi saxlanılıb – Özəl

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri fevralda Oman körfəzinin beynəlxalq sularında İran silahlarının qaçaqmalçılığı ilə məşğul olan gəmini saxlayıb.

Aktualtv.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, gecə saatlarında yüksək sürətlə hərəkət edən gəmi ABŞ-ın kəşfiyyat təyyarəsi və PUA-sı tərəfindən aşkarlanıb. Qaçaqmalçılar İranın ərazi sularında gizlənməyə çalışsa da, Britaniyanın hərbi gəmiləri tərəfindən saxlanılıb. Aşkarlanan silahların arasında tank əleyhinə idarəolunan raketlər və orta mənzilli ballistik raketlərin istehsalında istifadə edilən detallar olduğu bildirilir.

Qeyd edək ki, Böyük Britaniyanın hərbi gəmiləri ötən il də İran silahlarının qaçaqmalçılığı ilə məşğul olan iki gəmini saxlamışdı.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]