Belarus və Çin liderləri Ukraynada münaqişənin sülh yolu ilə həllində həddən artıq maraqlı olduqlarını bildiriblər.
Aktualtv.az xəbər verir ki, Putinin yaxın müttəfiqi hesab olunan Çin prezidenti Si Cinpin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko Pekində danışıqlardan sonra belə bəyanat yayıb. Lukaşenko deyib ki, onun ölkəsi Pekinin Ukraynada müharibəyə son qoymaq planını tam dəstəkləyir.
Çin keçən həftə sülh danışıqları planını elan edərək, milli suverenliyə hörmət etməyə çağırıb. Belarus lideri Çinin sülh planını yüksək qiymətləndirib. 12 bənddən ibarət sənəd “bütün ölkələrin suverenliyinə” hörmət etməyə çağırır. O, konkret olaraq Rusiyanın Ukraynadan qoşunlarını çıxarmalı olduğunu demir, Ukraynanın Qərb müttəfiqlərini üstüörtülü tənqid edən birtərəfli sanksiyaların tətbiqini pisləyir.
Qeyd edək ki, bu sülh planı Qərbdə ümumi etimadsızlıqla qarşılanıb. Xatırladaq ki, prezidentlərin görüşü Çinin baş diplomatı Vanq Yinin cənab Putinlə görüşə göndərilməsindən bir neçə gün sonraya təsadüf edir.
Büllur Məmmədova / aktualtv.az










