Ukraynalı hərbçilər Bryanska girdi

Bu gün səhər saatlarında bir qrup ukraynalı hərbçi Rusiyanın Bryansk vilayətinə daxil olub.

Bu barədə məlumatı vilayətin qubernatoru Aleksandr Boqomaza istinadən Rusiya mediası yayıb.

Şahidlərin sözlərinə görə, ukraynalı hərbçilər sərhədə yaxın Lyubeçane kəndində avtomobili atəşə tutublar və nəticədə 1 nəfər həlak olub.

Bununla yanaşı, Boqomaz qeyd edib, Lyubeçane kəndinin yaxınlığında yerləşən Suşanı kəndində mülki obyektə pilotsuz uçuş aparatı ilə hücum edilib. Nəticədə obyektdə yanğın baş verib. Xəsarət alanlarla bağlı məlumat verilməyib. 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna hərbçilərinin sözügedən vilayətə hücumu ilə bağlı yayılan məlumatı təsdiq edib.

Hazırda ukraynalı hərbçilərin axtarışı ilə bağlı əməliyyat davam etdirilir.

Rusiya Prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]