Hacı Şahinlə bağlı saxta yardım kampaniyası – İnanmayın!

Mərhum din xadimi Hacı Şahin Həsənlinin yas mərasimi ilə bağlı saxta yardım kampaniyası başladılıb. Sosial şəbəkələrdə müxtəlif adlar altında aparılan kampaniya çərçivəsində bank hesabları paylaşılır və insanlardan yardım istənilir.

Bununla bağlı mərhum din xadiminin sosial şəbəkə hesablarında paylaşım edilib.

“Hacı Şahinin dəfni və digər məsələlərə yardımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Diqqətli olmağınızı xahiş edirik”, – paylaşımda deyilir.

Qeyd edək ki, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ötən gün 48 yaşında vəfat edib. Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]