“Mən balaca olanda cavanların ölümü çox nadir halda olurdu”

Əməkdar artist Sevda Ələkbərzadə vaxtsız vəfat edən sənət və ictimai xadimlərlə bağlı paylaşım edib.

Aktualtv.az xəbər verir ki, o, ölümün ucuzlaşdığını, gündə bir vəfat xəbəri eşitdiyini bildirib:

“Mən balaca olanda arada ancaq yaşlı insanların rəhmətə getdiyini eşidərdim, cavanların ölümü çox nadir halda olurdu, onda da hamı şok olurdu. İndi nə oldu? Son illər? Uşaq, cavan… Bu bizim yaşam tərzimizdəndirmi? Ekologiyadandırmı? Qidamı? Stresli həyatmı? Nədir də? Xəstəliklərdən danışmıram hələ, bu, başqa bir mövzu. Nə bilim Vallah…”

Xatırladaq ki, bu il yanvarın 22-də Əməkdar artist Tünzalə Əliyeva 49 yaşında xərçəng xəstəliyindən, martın 2-də isə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli 48 yaşında ürəktutmadan vəfat edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]