Macarıstanın baş naziri Viktor Orban Rusiyanın Ukraynada başlatdığı müharibədən bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü bildirib.
Aktualtv.az xəbər verir ki, Orbanın sözlərinə görə, o, Putindən Macarıstanın Şimali Atlantika Alyansına üzvlüyünün Rusiya üçün problem olub-olmadığını və Moskvanın Mərkəzi Avropa ölkəsindən NATO-dan çıxmasını xahiş edib-etmədiyini soruşub. Orban qeyd edib ki, Putin Macarıstanın alyansa üzv olması ilə bağlı problem görməyib. Bildirib ki, yeganə problem Ukrayna və Gürcüstanın mümkün üzvlüyüdür. Orban həmçinin vurğulayıb ki, Aİ ölkələri ABŞ olmadan öz müdafiə ittifaqlarını yaratmalıdır.
Baş nazirin sözlərinə görə, Qərb ölkələrinin Ukrayna münaqişəsinə yanaşmasını Vaşinqton müəyyən edir və Avropa da bu şəraitdə öz simasını itirir. Putinin problemi ABŞ silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsidir. Əlavə edib ki, Rusiya liderinin motivlərini anlayır, lakin onun hərəkətlərini dəstəkləmir.
Büllur Məmmədova / aktualtv.az










