Tayvanın cənubundakı Çiayi şəhərindəki fermada quş qripi (H5N1) aşkar edildikdən sonra 36 766 toyuq məhv edilib.
Aktualtv.az xəbər verir ki, Tayvanın Heyvan və Bitki Sağlamlığına Nəzarət və Karantin Bürosunun (BAPHIQ) verdiyi açıqlamaya görə, Chiayi şəhərinin Liaojiao qəsəbəsindəki quşçuluq fermasında quş qripi epidemiyası baş verib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə 36 min 766 baş toyuq məhv edilib. Bildirilib ki, bu il Tayvanda 26 fermada quş qripi aşkarlanıb. Xəstəlik barədə məlumat verməyən fermalara 1 milyon Tayvan dolları cərimə kəsiləcəyi vurğulanıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fevralın 24-də açıqladığı hesabata görə, 2003-cü ilin yanvarından 2023-cü ilin yanvarına qədər 21 ölkədən olan insanlar arasında quş qripinə (H5N1) ümumilikdə 868 yoluxma halı qeydə alınıb.
Murad Həsənov / aktualtv.az










