Taliban müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Emirhan Muttəki Avropa İttifaqı (Aİ) ölkələrindən Əfqanıstandakı səfirliklərini yenidən açmağı xahiş edib.
Müttəki Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Niklasson və onun nümayəndə heyəti ilə görüşüb.
Aktualtv.az xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçünün müavini Hafiz Ziya Əhməd şəxsi Twitter hesabında görüşün məzmunu ilə bağlı açıqlama verib. Əhməd Muttakinin Əfqanıstanla Aİ ölkələri arasında diplomatik əlaqələrin yaxşılaşdırılması üçün lazımi addımların atılmasının lazım olduğunu və Aİ ölkələrinin Kabildəki səfirliklərini yenidən açması üçün təşviq edilməli olduğunu söyləyib.
Taliban rəsmisinin verdiyi məlumata görə, Aİ-nin xüsusi nümayəndəsi Niklasson,Talibanın hakimiyyətə gəlməsi ilə Əfqanıstanda təhlükəsizliyin təmin edildiyini və korrupsiya ilə mübarizədə ciddi addımlar atıldığını bəyan edib. Niklasson Əfqanıstana humanitar yardımı davam etdirəcəklərini də bəyan edib.
Xatırladaq ki, Aİ ölkələri, 15 avqust 2021-ci ildə Taliban Əfqanıstan administrasiyasına gələndə oradakı səfirliklərini bağlayıb.
Murad Həsənov / aktualtv.az










