ABŞ-dən Ukraynalı pilotlara “F-16” təlimi – Özəl

İki ukraynalı pilot döyüş təyyarələrini, o cümlədən “F-16” qırıcılarını idarə etmək bacarıqlarını qiymətləndirmək üçün ABŞ-dədir.

Aktualtv.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Ukraynalı pilotların bacarıqları Arizona ştatının Tukson şəhərindəki hərbi bazada simulyatorlarda qiymətləndirilir və bu proses digər ukraynalı pilotların cəlb edilməsi ilə davam etdirilə bilər. Bildirilir ki, ABŞ rəhbərliyi bu ay oxşar qiymətləndirmədən keçmək üçün daha 10 ukraynalı pilotun ABŞ-yə gətirilməsinə icazə verib.

Bu, ukraynalı pilotların amerikalı hərbi təlimçilər tərəfindən bacarıqlarının qiymətləndirilməsi üçün ABŞ-a ilk belə səfəridir. Qeyd edilir ki, əsas məqsəd pilotların bacarıqlarının artırılması və tələb olunan təlimlərin müddətini müəyyən etməkdir.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]