Koreya yarımadasında vəziyyətin gərginləşməsinə ABŞ və Cənubi Koreyanın təxribat xarakterli hərəkətləri səbəb olur və BMT onlardan vəziyyətin gərginləşməsini dayandırmağı tələb etmək əvəzinə buna göz yumur.
Aktualtv.az xəbər verir ki, belə açıqlama ilə KXDR-in xarici işlər nazirinin müavini Kim Son Qyon çıxış edib. “Planetdə hər hansı münaqişə və toqquşmanın ən kiçik riski ilə bağlı dərin diqqət və narahatlığını ifadə edən BMT-nin ABŞ və Cənubi Koreyanın suverenliyin pozulmasına və təhdidedici silahlı nümayişinə daim göz yumması təəssüf doğurur”-deyə o, bildirib.
Qeyd edək ki, ötən gün KXDR Xarici İşlər Nazirliyi ABŞ, Yaponiya və Cənubi Koreyanın “təhlükəli xətti” keçdiyini və buna dözməyəcəyini bildirib. Pxenyan nüvə silahının hazırlanmasının Koreya yarımadasında sülh və sabitliyin təmin edilməsinə yönəlmiş qarşılıqlı addım olduğunu vurğulayıb.
Büllur Məmmədova / aktualtv.az










