Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhəri üzərində nəzarəti əldə etməyib.
Aktualtv.az xəbər verir ki, UNİAN-ın xəbərinə görə, bunu Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib. Onun sözlərinə görə, Ukrayna qoşunlarının şəhərdən kütləvi şəkildə çıxarılması məlumatı yalandır.
“Baxmutda döyüşlər şəhərdən kənarda gedir və şəhərə Ukrayna Müdafiə Qüvvələri nəzarət edir: Ukrayna Silahlı Qüvvələri, Sərhəd Xidməti və Milli Qvardiya. Həmçinin Ukrayna qoşunlarının kütləvi şəkildə çıxarılması yoxdur”, – deyə o vurğulayıb. Çerevatı əlavə edib ki, Ukrayna qoşunları Baxmutda mövqelərin nəzarətli, planlı rotasiyasını həyata keçirir.
O qeyd edib ki, 2023-cü il martın 4-ü şənbə günündən etibarən Baxmut ətrafında, şəhərin şimalındakı Vasyukovka və Dubovo-Vasilyevka kəndlərində, həmçinin onun qərbindəki İvanovskoye və Boqdanovka kəndlərində döyüşlər gedir.
Büllur Məmmədova / aktualtv.az










