BMT-də uzun illər davam edən danışıqların sonunda razılıq əldə olundu – Özəl

Birləşmiş Millətlər Təşkilatında (BMT) açıq dənizlərdə biomüxtəlifliyin qorunması ilə bağlı uzun illər davam edən danışıqlardan sonra razılıq əldə olunub.

Aktualtv.az xəbər verir ki, razılıq iki həftədir Nyu-Yorkda keçirilən Hökumətlərarası Konfransın 5-ci Sessiyasından sonra BMT-nin binasında son iki gün ərzində 40 saata yaxın fasiləsiz aparılan danışıqlar nəticəsində əldə olunub. Təxminən 20 ildir tədqiq olunan saziş ölkələrin milli dəniz yurisdiksiyalarından kənarda biomüxtəlifliyi qorumaq məqsədi daşıyır. Dənizlərin təxminən üçdə ikisini əhatə edən bu ərazidə iqlim dəyişikliyi, həddindən artıq balıq ovu və gəmiçilik kimi məsələlər biomüxtəlifliyə mənfi təsir göstərir.

Müqavilə bu ərazilərdə yalnız balıqçılıq fəaliyyətlərinə deyil, dəniz minalarına, dəniz nəqliyyatı marşrutlarına və kəşfiyyat fəaliyyətlərinə də məhdudiyyətlər qoyacaq. BMT-nin baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə mübarizə kontekstində mühüm addım hesab edilən razılaşma ilə bağlı bunları deyib:

“Bütün tərəfləri təbrik edirəm. İndiki və gələcək nəsillər üçün davamlı və məhsuldar daha təhlükəsiz, daha sağlam bir okean üçün birlikdə işləməyə davam edəcəyimiz günləri səbirsizliklə gözləyirəm”.

Sazişin BMT-də rəsmi olaraq qəbul ediləcəyi gözlənilir. Bundan sonra BMT ölkələri imzaya qoyulacaq sazişə tərəf olub-olmayacağına qərar verəcək.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]