Səudiyyə Ərəbistanı 100 milyon dollarlıq yardım proqramı çərçivəsində Ukraynaya 3 təyyarə dolusu humanitar yardım göndərib.
Aktualtv.az xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bu gün verdiyi açıqlamada Səudiyyə Ərəbistanı xarici işlər naziri Şahzadə Faysal bin Fərhan Əl-in səfəri zamanı imzalanan 100 milyon dollarlıq yardım memorandumu çərçivəsində Səudiyyə Ərəbistanı ilə Ukrayna arasında humanitar yardımın göndərildiyini bildirib. Yermak, 3 təyyarə dolusu humanitar yardıma 135 güclü generator, isti yorğan və gigiyena vasitələrinin daxil olduğunu və yardımın 6 bölgədə ehtiyacı olanlara paylanacağını bildirib.
Yermak rəsmi Telegram kanalında “Səudiyyə Ərəbistanına Ukraynaya verdiyi dəstəyə görə minnətdarıq. Bu humanitar yardım ölkələrimiz arasında mövcud olan həmrəyliyin və dəstəyin sübutudur”-açıqlamasını edib.
Murad Həsənov / aktualtv.az










