Çin milli təhlükəsizlik siyasətini mümkün olan ən pis ssenariyə hazır olacaq şəkildə aparmalıdır.
Aktualtv.az xəbər verir ki, bu barədə ölkə hakimiyyətinin dərc etdiyi 2023-cü il üçün sosial-iqtisadi inkişaf planında deyilir. Çin, həmçinin 2023-cü ilin müdafiə büdcəsində 7,2 faizlik artım elan edib. Əvvəlcədən də martın 5-də ölkənin müdafiə büdcəsini artıracağı bildirilmişdi. Bu addımın təhlükəsizlik problemlərinə görə atıldığı bildirilir.
Qeyd edək ki, yeni artım 1,55 trilyon yuan, yəni 224 milyard dollardır. Rəqəm 2013-cü ilin büdcəsindən təxminən iki dəfə çoxdur. Hazırda dünyanın ikinci ən böyük hərbi büdcəsi olan Çində ardıcıl səkkizinci ildir ki artım davam edir. Beləliklə ölkə 2027-ci il üçün qarşısına qoyduğu hərbi hədəflərinə doğru gedir.
Etibar Məmmədov / aktualtv.az










