Ümumdünya Piylənmə Federasiyası xəbərdarlıq edib ki, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu artıq çəkidən əziyyət çəkən və ya piylənmədən əziyyət çəkənlər kimi təsnif ediləcək. Federasiya prezidenti Prof. Louise Baur hesabatdakı tapıntıları dərhal hərəkətə keçmək üçün açıq bir xəbərdarlıq kimi təsvir edib.
Aktualtv.az xəbər verir ki, qurumun dərc etdiyi hesabatda piylənmə və artıq çəkinin dörd milyarddan çox insana təsir edəcəyi qeyd edilib və ən sürətli artımın müşahidə edildiyi qrupun uşaqlar olduğu deyilib. Artıq çəki və piylənmə nisbətlərinin aşağı və orta gəlirli olduğu Afrika və Asiya ölkələrində ən yüksək həddə çatacağı gözlənilir.
Hesabatda xüsusilə uşaqlar və gənclər arasında piylənmənin artan nisbətləri vurğulanır və bunun 2020-ci ildəki səviyyə ilə müqayisədə iki dəfə artmasının gözlənildiyi vurğulanır.
Baur son olaraq qeyd edib ki, “hökumətlər və qərar qəbul edənlər piylənməyə səbəb olan şeyləri və əsas səbəblərini nəzərdən keçirməli və bunun sağlamlığa təsirlərini və sosial və iqtisadi xərclərini gənc nəslə ötürməməlidirlər”.
Büllur Məmmədova / aktualtv.az










