Ağ Evin həkimi Kevin O’Konnor keçən ay Co Baydenin sinəsindən götürülən nümunə ilə bağlı açıqlama verib. O, biopsiya əməliyyatı nəticəsində ABŞ prezidentinin dəri zədələrinin xərçəng olduğunu açıqlayıb.
Aktualtv.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin həkimi fevral ayında prezidentin döş qəfəsindən çıxarılan yaranın dəri xərçənginin ümumi növü olan bazal hüceyrəli karsinoma olduğunu deyib. Kevin O’Connor Ağ Evin mətbuat katibi Karine Jean-Pierre-ə yazdığı məktubda diaqnozun “gözlənildiyi kimi” olduğunu vurğulayaraq, “bütün xərçəng toxumaları uğurla çıxarıldı” deyib. Həmçinin həkim, Baydenin bundan sonra “dermatoloji nəzarəti” davam etdirəcəyini, lakin “əlavə heç bir müalicəyə ehtiyac olmadığını” söylədi. Connor, xərçəngli lezyonun “yayılmaya” və ya metastaz verməyə meyilli olmadığını ifadə edərək, çıxarıldığı bölgənin sağaldığını qeyd edib.
Qeyd edək ki, lezyon ilk dəfə Baydenin fevral ayında illik müayinəsi zamanı çıxarılıb. Ağ Ev test zamanı problemin aradan qaldırıldığını açıqlayıb.
Etibar Məmmədov / aktualtv.az










