Bu ölkə hərbçilərə tiktokdan istifadəni qadağan etdi – Özəl

Böyük Britaniya ordusunun Xüsusi Hava Qüvvələrinin üzvlərinə təhlükəsizlik səbəbilə iş telefonlarında Çinin “TikTok” sosial şəbəkəsindən istifadə qadağan edilib.

Aktualtv.az xəbər verir ki, məlumata görə, tətbiqin Çin və Rusiyanın xüsusi xidmətlərinə məlumat ötürə biləcəyindən ehtiyat edildiyi üçün hərbi qulluqçulara şəxsi smartfonlardan “TikTok”a daxil olmaq tövsiyə edilmir. Bildirilir ki, əvvəllər bu sosial şəbəkədən hərbi şəraitdə istifadəyə qadağalar ABŞ, Kanada və bir sıra Aİ ölkələrinin hakimiyyət orqanları tərəfindən tətbiq edilib.

Qeyd edək ki, qısa videoları yükləməyə imkan verən “TikTok” 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi Çinin “ByteDance” texnologiya şirkətidir.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]