ABŞ səlahiyyətliləri Çin istehsalı olan kranların Pekin tərəfindən kəşfiyyat məlumatlarının toplanması üçün istifadə oluna biləcəyindən getdikcə daha çox narahatdırlar.
Aktualtv.az xəbər verir ki, “The Wall Street Journal” yaydığı məlumata görə, bu texnika yük konteynerlərinin mənşəyi və təyinat yerini izləməyə imkan verən qabaqcıl sensorlarla təchiz edilib. Bildirilir ki, Çin kranlarını uzaq məsafədən də idarə etmək mümkündür. Bu isə kəşfiyyat məlumatlarının toplanmasına da şərait yarada bilir.
Hərbçilər Pekinin ABŞ hərbi təchizatlarının hərəkətini izləmək üçün kranlardan istifadə edə biləcəyindən ehtiyat edirlər. Pentaqon Amerikanın bəzi limanlarında quraşdırılmış kranları “Troya atı” ilə müqayisə edib. Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi isə “paranoyanın yaratdığı” bu cür qorxuları ticarət-iqtisadi əməkdaşlığa təsir etmək cəhdi adlandırıb.
Etibar Məmmədov / aktualtv.az










