İran nəzarət altında – Nüvə obyektlərinə kameralar quraşdırılacaq – Özəl

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranın nüvə obyektlərinin monitorinqi üçün kameralar və digər avadanlıqlar quraşdırmağa hazır olduğunu təsdiqləyib.

Aktualtv.az xəbər verir ki, o, bu barədə Vyanada keçirdiyi mətbuat konfransında bildirib. Rafael Qrossi, həmçinin agentliyin 83,7% zənginləşdirilmiş uran hissəciklərinin aşkar edildiyi İranın Fordo zavodunda 50% daha çox yoxlama təşkil edəcəyini bildirib. Qrossi əlavə edib ki, Tehrana səfəri zamanı bir çox məsələlər, xüsusən də insanların məlumat əldə etmək, vacib yerlərə və konkret materiallara çıxışı ilə bağlı razılıq əldə olunub.

“Düşünürəm ki, məni eşitdilər. Ümid edirəm ki, tezliklə nəticələri görəcəyik”, – deyə o bildirib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]