Parlamentdə dava – Deputatlar əlbəyaxa oldular – Özəl

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb.

Aktualtv.az xəbər verir ki, qarşıdurma “xarici agentlər haqqında” qanunun müzakirəsi zamanı hakim Gürcü Arzusu partiyasından olan deputat Anri Oxanaşvili ilə müxalif deputatlar arasında baş verib. Fiziki qarşıdurmadan sonra iki müxalif partiya sədri zaldan çıxarılıb. Qanuna etiraz olaraq parlament binası ətrafında da etiraz aksiyası başlayıb. Aksiya ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə çox sayda polis cəlb edilib.

Qeyd edək ki, yeni qanuna əsasən illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, qurum və şəxslərdən, beynəlxalq təşkilatlardan əldə edən media orqanları və QHT-lər hər ilin yanvar ayında Gürcüstandakı “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar. Reyestrdən keçməyənlər 9 500 dollar cərimə ediləcəklər. Bəzi ekspertlər Gürcüstanda söz və mətbuat azadlığını məhdudlaşdıracağını, ölkənin Avro-Atlantik inteqrasiyasının qarşısını alacağını bildirirlər. ABŞ, Avropa İttifaqı, BMT və Gürcüstanın bir sıra beynəlxalq tərəfdaşları qanun layihəsini tənqid ediblər.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]