Ukraynada bundan sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətindir.
Aktualtv.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz deyib. O bildirib ki, ancaq bir şey aydındır: Ukraynaya iqtisadi, humanitar yardımlar və eyni zamanda silah dəstəyi verməyə davam edəcəyik. Rusiyanın Ukraynada gözlədiyi kimi uğur qazanmadığını bildirən Şolz Rusiya prezidenti Vladimir Putinin ukraynalıların gücü və onları dəstəkləyən dostlarının birliyi məsələsində yanıldığını vurğulayıb.
“Putinin işğalı və imperialist təcavüzü ilə uğur qazana bilməyəcəyini anlaması və qoşunlarını geri çəkməsi lazımdır. Bu, danışıqların əsasını təşkil edir” – deyə kansler əlavə edib. Şolz bəyan edib ki, Almaniya Avropa qitəsində Ukraynaya iqtisadi və hərbi yardım baxımından ən çox dəstək verən ölkədir. Müharibə səbəbindən Almaniyanın iqtisadi cəhətdən çətinlik çəkəcəyini düşünürəm. Lakin hazırda ölkədə iqtisadi böhran yoxdur.
Etibar Məmmədov / aktualtv.az










