Şəhid baş leytenant dəfn edildi – FOTOLAR

Ötən gün səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu II Şəhidlər xiyabanında dəfn edilib.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Ş.Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.

Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər. 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan baş-leytenant Ş.Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]