Kahramanmaraş mərkəzli zəlzələlərdə dağılan binalarla bağlı həbs olunanların sayı 247-yə çatıb.
Aktualtv.az xəbər verir ki, bunların 93-ü podratçı, 123-ü tikintidən məsul şəxs, 13-ü tikilinin sahibi, 18 nəfər isə binada dəyişiklik etmiş şəxsdir. Həmçinin məhkəmə 78 podratçı, 177 tikinti nəzarətçisi, 37 bina sahibi və 30 bina dəyişikliyi icraedicisi də daxil olmaqla, 322 şübhəli barəsində nəzarət hökmü çıxarıb.
Bununla yanaşı, 198 şübhəli haqqında saxlama, 102 nəfər haqqında həbs qərarı verilib. Baş Prokurorluğun əmri ilə 2 nəfər hələ də həbsdə olarkən, şübhəlilərdən 35-nin həyatda olmadığı müəyyən edilib. Araşdırmalarda 9 şübhəlinin xaricdə olduğu müəyyən edilib, 82 şübhəli isə sorğusu alındıqdan sonra sərbəst buraxılıb.
Büllur Məmmədova / aktualtv.az










