Ukraynadakı münaqişə Cənubi Koreya silah ixracatını rekord həddə çatdırıb – Özəl

Ötən il Cənubi Koreya silah ixracatını rekord həddə – 17,3 milyard dollara çatdırdı. Bununla da Ukraynadakı münaqişə səbəbindən “qlobal silahlanma boşluğunu doldurdu”.

Aktualtv.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Seul Ukraynaya silah verməsə də, yaranan “boşluq”dan Qərb ölkələrinə ixracı artırmaq üçün istifadə edir. Xüsusilə, 2022-ci ildə təkcə Polşaya 12,4 milyard dollara haubitsa, qırıcı və MLRS (em el er se) satılıb.

Qeyd edək ki, Cənubi Koreya dünya silah istehsalında lider ölkələrdən biridir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2017-ci ildən 2021-ci ilə qədər Cənubi Koreya dünyanın ən yaxşı 25 silah ixracatçısı arasında ən sürətli böyüyən ölkə olub və qlobal bazarda 2,8 faiz payla səkkizinci yeri tutub. 2022-ci ildə Seul və Varşava iki ölkə tarixində rekord qıran və dəyəri təxminən 14,5 milyard dollarlıq silah müqaviləsi imzalayıblar.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]