Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Qaraqanda vilayətində cinayətkar qrupun fəaliyyətini dayandırıb, 40 nəfər saxlanılıb.
Aktualtv.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, cinayətkarların fəaliyyətinin qarşısının alınması üçün xüsusi əməliyyat keçirilib. Bildirilib ki, birliyin üzvləri ictimai asayişi pozaraq odlu silahdan istifadə etməklə dəfələrlə qarşıdurma təşkil ediblər. Qrupun keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları və təhlükəsizlik təşkilatlarının əməkdaşları da daxil olmaqla 50-yə yaxın fəal üzvü olub. Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən rayonun iri sənaye obyektlərində inventarların oğurlanmasının çoxpilləli sistemi aşkar edilib.
Bundan başqa, qrupun bir neçə üstü açılmamış ağır və xüsusilə ağır cinayətlərdə iştirakı da müəyyən olunub.
Murad Həsənov / aktualtv.az










