ABŞ müdafiə nazirinin İraqa gözlənilməz səfəri – Özəl

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərq turu çərçivəsində İraqın paytaxtı Bağdada gözlənilməz səfər edib.

Aktualtv.az xəbər verir ki, İraq mətbuatında yer alan xəbərə görə, paytaxt Bağdada gələn Lloyd Ostinin İraqın baş naziri Məhəmməd Şia Sudani ilə görüşü gözlənilir. Yerli mənbələr Ostinin İraq rəsmiləri ilə bölgədəki təhlükəsizlik vəziyyəti və İran məsələsini müzakirə edəcəyini bildiriblər. Bağdaddakı səfərindən sonra ABŞ-nin müdafiə naziri Ostinin ölkənin şimalındakı İraq Kürd Regional Rəhbərliyinə (KRG) də səfər edəcəyi gözlənilir.

Digər tərəfdən, İraq Xarici İşlər Nazirliyi dünən Almaniyanın xarici işlər naziri Annalena Baerbokun bu gün Bağdada səfər edəcəyini açıqlayıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]