ABŞ və İsrail İrana qarşı! – Nüvə silahlarına cavab tədbiri – Özəl

ABŞ və İsrail bazar ertəsi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Aktualtv.az xəbər verir ki, bu barədə Ağ Evin iki ölkə arasında yaydığı birgə bəyanatda deyilir.

“İranın nüvə proqramında əldə edilən irəliləyişə böyük narahatlıqla baxırıq və İsrail ilə ABŞ arasında çoxillik təhlükəsizlik tərəfdaşlığının daha da gücləndirilməsinin ümumi məqsədini bir daha təsdiq edirik. Bu baxımdan, rəsmilər nüvə əldə edilməsinin qarşısını almaq üçün tədbirlərin koordinasiyasını gücləndirməyi öhdələrinə götürürlər”.

Görüş zamanı ABŞ Silahlı Qüvvələri ilə İsrail Müdafiə Qüvvələri arasında son vaxtlar keçirilən birgə təlimlərin nəticələrini də müzakirə edilib. Hər iki tərəf “İsrailin Yaxın Şərq regionunda təhlükəsizliyini və siyasi inteqrasiyasını daha da dərinləşdirmək səylərini” nəzərdən keçirib. “ABŞ Milli Təhlükəsizlik müşaviri Jake Sullivan, prezidentin 2022-ci ilin iyulunda İsrailə səfəri zamanı imzalanmış ABŞ-İsrail Strateji Tərəfdaşlığa dair Birgə Qüds Bəyannaməsində ifadə edildiyi kimi, prezident Co Baydenin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyir”, – deyə məlumatda bildirilib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]