BMT-nin Baş katibi Antonio Quterreş qurumun Nyu-Yorkdakı mənzil-qərargahında olan bütün nümayəndə heyətlərinə ABŞ vizalarının verilməsini təmin etməyə diqqət yetirir.
Aktualtv.az xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Dujarrik məlumat verib. Xatırladaq ki, Birləşmiş Ştatlar tərəfi BMT-nin kibertəhlükəsizlik üzrə açıq işçi qrupunun iclasında iştirak edən bir neçə rusiyalı nümayəndəyə giriş vizası verməkdən imtina edib. Bu barədə Rusiyanın nümayəndəsi İrina Tyajlova bir müddət əvvəl bildirmişdi. O, həmçinin BMT-nin işçi qrupunda akkreditə olunmuş bir sıra Rusiya QHT-lərinin də viza problemi ilə üzləşdiyini vurğulayıb.
Rusiya tərəfi təşkilat Katibliyini ABŞ-ni rusiyalı nümayəndələrə viza verilməməsi problemini həll etmək üçün tədbirlər görməyə çağırıb.
Büllur Məmmədova / aktualtv.az










